İqtisadiyyat

“Muğanbank”ın əmanətçilərinin NƏZƏRİNƏ: Pullar qaytarılır – VİDEO

Sharing is caring!


Lisenziyası ləğv edilən “Muğan Bank”ın əmanətçilərinə noyabrın 27-dən kompensasiya ödənilməsinə başlanılıb.

Proses iki bank vasitəsilə həyata keçirilir.

Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini bir il ərzində qəbul edəcək. Vəsaitləri qorunan əmanətçilər hesabdan çıxarışları “Muğan Bank”ın baş ofisindən əldə edə bilərlər.

Onlar kompensasiyalarını almaq üçün müraciət edərkən əmanət müqaviləsi, əmanət kitabçası və yaxud qanunvericilikdə nəzərdə tutulan qaydada əmanəti təsdiqləyən digər sənədləri və onların surətini, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir