İqtisadiyyat

Nazir: “SPECA ölkələrinin şirkətləri Ələt Azad İqtisadi Zonasına maraq göstərir”

Sharing is caring!


“BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramını (SPECA) əhatə edən ölkələrin şirkətləri Ələt Azad İqtisadi Zonasına maraq göstərir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycan-Özbəkistan ortaq investisiya şirkəti və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb:

“Biz avtomobil sənayesi, gəmiqayırma və kənd təsərrüfatı sahələrində bir çox layihələr həyata keçiririk. Xüsusilə pambıqçılıqda, ipəkçilikdə, bağçılıqda və heyvandarlıqda bu layihələr rellaşdırılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir