İqtisadiyyat

Azərbaycan elektrik enerjisi ixracından gəlirlərini beş dəfədən çox artırıb

Sharing is caring!


Bu ilin yanvar-oktyabr aylarında “Azərenerji” ASC 3 milyard 410 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu həcmdə enerjinin dəyəri 348,12 milyon ABŞ dolları təşkil edib.

Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 dəfə və 5,4 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisinin ixracından gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərində 1,9%, qeyri-neft sektoru üzrə ixrac gəlirlərində isə 12,8% paya malik olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir