İqtisadiyyat

UNECE rəsmisi: “SPECA ölkələri nəqliyyat xərclərini 30%-ə qədər azalda bilər”

Sharing is caring!


“BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) əhatə etdiyi ölkələrin təchizat zəncirindəki problemləri aradan qaldırması onların nəqliyyat xərclərini 30%-ə qədər azalda bilər”.

”Report” xəbər verir ki, bunu BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin Bakıda SPECA Həftəsi çərçivəsində keçirilən “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forumda bildirib.

Onun fikrincə, bununla SPECA ölkələrinin dəmir yolu infrastruktur imkanları və paralel olaraq konteyner daşımaları dörd dəfə arta, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteynerlərin sayı 200 minə çata bilər:

“SPECA üzv ölkələr arasında sənədlərin rəqəmsallaşması məsələsini də irəli sürüb. Bu, yükdaşımalarının da həcmini artıra bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir