İqtisadiyyat

Elnur Əliyev: “300-ə yaxın aralıq mal idxal gömrük rüsumlarından azad edilib”

Sharing is caring!


“Azərbaycanda bu ilin ilk 10 ayı ərzində yerli istehsalda istifadə olunan 300-ə yaxın aralıq mal idxal gömrük rüsumlarından azad edilib”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən Gömrük Biznes Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, nəticədə bu, yerli istehsalın maya dəyərinin azalmasında, ixracın və yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artmasında mühüm rol oynayıb:

“Hazırda isə ixracda hesablaşma qaydalarının təkmilləşdirilməsi, yerli istehsalın qorunması və onun xammal ehtiyacının ödənilməsi, əhalinin idxaldan asılı olan bir sıra zəruri istehlak malları ilə etibarlı təminatı məqsədilə tətbiq olunan tarif tədbirlərinin, o cümlədən güzəştlərin qüvvədə olma müddətinin uzadılması məqsədilə qanunvericilik layihələri hazırlanıb və hazırda aidiyyəti orqanlarla müzakirə olunur.

Ümumiyyətlə, son illərdə sahibkarlıq subyektlərinə əlçatan gömrük alətlərinin, rasional gömrük prosedurlarının təqdim edilməsi istiqamətində mühüm addımlar atılıb, eləcə də gömrük sahəsində elektron bəyanetmə və “yaşıl dəhliz” buraxılış sistemlərinin, yeni innovativ texnologiyaların tətbiqi öz müsbət nəticəsini verməkdədir”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir