İqtisadiyyat

Sahib Məmmədov: “Azərbaycanda bizneslərin əksəriyyətini mikro, kiçik və orta sahibkarlıq təşkil edir”

Sharing is caring!


“Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da fəaliyyət göstərən bizneslərin əksəriyyətini, mikro, kiçik və orta sahibkarlıq təşkil edir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.

O qeyd edib ki, son illərdə Prezidentin rəhbərliyi ilə milli iqtisadiyyatın şaxələndirilməsi, onun rəqabətqabiliyyətli sahələrinin inkişafının stimullaşdırılması tədbirləri çərçivəsində kiçik və orta sahibkarlığın səmərəli dəstəklənməsi və davamlı inkişafı istiqamətində dövlət tərəfindən məqsədyönlü siyasətlər həyata keçirilib:

“Dövlət KOB-ların inkişafının dəstəklənməsi istiqamətində biznes mühiti, yeni təşkilati modellər, dəstək tədbirləri və müasir xidmətlər əhatə olunmaqla kompleks tədbirlər həyata keçirir. Bu tədbirlər həm birbaşa olaraq mikro, kiçik və orta bizneslər üçün hədəflənir, həm də ümumi dəstək proqramları çərçivəsində KOB-ların da faydalanması üçün tətbiq olunur. Sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi və həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə 2017-ci ildə KOBİA yaradılıb. KOB sektorunun çoxşaxəli xarakterini və kəsişən məsələləri əhatə etdiyini nəzərə alaraq, müxtəlif sahəvi qurumların və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi üçün KOBİA yanında təqribən 30 qurumun səlahiyyətli nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən Koordinasiya Qrupu təsis edilib”.

S.Məmmədov əlavə edib ki, KOB subyektlərinin dəstəklənməsi istiqamətində ünvanlı tədbirlərin və effektiv dövlət siyasətinin həyata keçirilməsində açar faktor bu kateqoriyanın əhatə dairəsinin necə müəyyənləşdirilməsi və sistemləşdirilməsi ilə bağlıdır:

“Bu baxımdan, mütərəqqi beynəlxalq təcrübələr və aparılmış araşdırmalar əsasında 2018-ci ilin 21 dekabr tarixində mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgü meyarları təsdiq edildi. Həm məzmun, həm də göstəricilər baxımından bir sıra yenilikləri əhatə edən bu meyarlar sonrakı illərin təcrübələrinin də göstərdiyi kimi, dövlət dəstək tədbirlərinin yeni keyfiyyət müstəvisinə qaldırılmasına imkan verdi”.

Nazir müavini məhz yeni meyarları əsas götürülməklə Vergi Məcəlləsinə edilmiş dəyişiklərə əsasən, mikrosahibkarın gəlir və mənfəətinin 75%-i vergidən azad edildiyini vurğulayıb:

“Eyni zamanda, bu kateqoriya sahibkarlar əmlak vergisindən azaddır. Mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplar “Startap” şəhadətnaməsi aldıqları andan üç il müddətinə gəlir və mənfəət vergisindən azad olunur. Kiçik sahibkar əsas vəsaitlərə illik amortizasiya normalarını 1,5 əmsalına vurmaqla sürətləndirilmiş amortizasiya tətbiq edə bilər. Vergi Məcəlləsinə görə, KOB klasterləri daxilində fəaliyyət göstərən KOB klaster şirkətləri yeddi il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, eləcə də, idxal etdiyi avadanlıqlar üzrə ƏDV-dən azaddır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir