İqtisadiyyat

Mikayıl Cabbarov vergi daxilolmalarından danışıb – FOTO

Sharing is caring!


“2023-cü ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,2% artaraq 14 milyard 593,5 milyon manat olub”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında yazıb.

O bildirib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2% artaraq 8 milyard 387,4 milyon manat təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir