İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının sterilizasiya portfelinin məbləği altı milyard manatı keçib

Sharing is caring!


Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) sterilizasiya portfelinin məbləği (manatla məcburi ehtiyatlar və sterilizasiyayönlü daimi imkan aləti daxil olmaqla) 6,4 milyard manat təşkil edib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, bu göstərici yeni pul siyasəti çərçivəsi işə düşəndən bəri (2022-ci il sentyabrın əvvəlindən) 3,9 milyard manat artıb.

“AMB antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində tədbirlərini davam etdirir. Pul siyasəti alətləri bank sisteminin likvidlik mövqeyi və risklər balansı nəzərə alınmaqla tətbiq edilir. Avqust ayından məcburi ehtiyatların yeni qaydalara uyğun saxlanması, daimi imkan alətinə tətbiq olunan günlük limitin ləğv olunması və müxtəlif müddətli notlarla müntəzəm hərracların keçirilməsi bank sistemindəki izafi likvidliyi minimuma endirib. Böyük nailiyyət kimi ilk dəfə ölkədə banklararası REPO faizlərinin AMB-nin faiz dəhlizi daxilində hərəkət etməsini qeyd etmək olar. Belə ki, oktyabr ayında bir həftəlik banklararası REPO faizi (1W AINAIB) 8,38 % olmaqla faiz dəhlizinin daxilində formalaşıb”, – deyə açıqlamada qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir