İqtisadiyyat

SOCAR-ın yeni istiqrazlarına görə növbəti kupon ödənişləri həyata keçirilib

Sharing is caring!


Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazlarına görə 8-ci kupon ödənişi həyata keçirilib.

Bu barədə Milli Depozit Mərkəzi məlumat yayıb.

Məlumata görə, istiqraz sahiblərinə daha 1,125 milyon ABŞ dolları ödənilib və investorların ümumi gəliri 9 milyon dollara yüksəlib.

Qarşıda daha 12 kupon ödənişi və 13,5 milyon dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir.

Xatırladaq ki, nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazın tədavül müddəti 5 il, illik gəlirliliyi isə 4,5%-dir. Faizlər rübdə bir dəfə ödənilir.

SOCAR istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkündür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir