İqtisadiyyat

Mərkəzi Bankın baş direktoru: “Kibermüharibədə iştirak edən təşkilatların əksəriyyəti banklardır”

Sharing is caring!


“Belə tədbirlərin davamlı olaraq həyata keçirilməsi təşkilatlar arasında məlumat mübadiləsi və məlumatların tərəfdaşlara ötürülməsi baxımından çox vacibdir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın baş direktoru Fərid Osmanov “Kritik informasiya strukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir” adlı paneldə çıxışı zamanı deyib.

Fərid Osmanov sözlərinə görə maliyyə bazarları dövlətin iqtisadiyyat sisteminin ən böyük parçalarından biridir:

“Ənənəvi olaraq ən sürətli rəqəmsallaşan maliyyə bazarlarının maliyyə sistemidir. Çünki insanların maliyyə sisteminin əlçatanlığı üçün rəqəmsallaşma bu sahədə inkişaf edir. Mərkəzi Bank da bu barədə öz addımlarını atır.

Mərkəzi Bank klassik olaraq maliyyə sabitliyi tətbiq edən bir strukturdur. Amma həm də tənzimləyici və nəzarətedici funksiyası var. Maliyyə bazarları deyərkən bank sektoru nəzərdə tutulur. 

Maliyyə bazarları kapital bazarlarını və maliyyə sektorunu özündə ehtiva edir. Mərkəzi Bank haqqında qanunda tənzimləmə nəzarət bəndi altında informasiya təhlükəsizliyinin minimum tələbləri müəyyən olunur.

Mərkəzi Bankda qanuna müvafiq dəyişikliklər olub. Biz nəinki bank sektoru üzrə, həm də sığorta və kapital bazarları üzrə informasiya təhlükəsizliyini müəyyən edirik”.

F.Osmanov onu da əlavə edib ki, qiymətləndirmə zamanı bu gün fərdi məlumatlar bank sektorunda formalaşır:

“Biz bu barədə kifayət qədər yol qət etməliyik. Bununla bağlı qiymətləndirmə də həyata keçirmişik. Biz kibertəhlükəsizlik strategiyamızı artıq müəyyən etmişik.

Bəs bu zərurət haradan yaranır? İnsanların ödəniş davranışları və həyat tərzi rəqəmsal xidmətləri təşviq edir. Bu zərurətdən irəli gələrək, maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyasını formalaşdırdıq və bazarda qiymətləndirmə etdik.

Kibermüharibədə iştirak edən təşkilatların əksəriyyəti banklardır. Bu bizi sevindirir. Gələcəkdə sığorta təşkilatları da burada olsa, yaxşı olar. Bu barədə addımlar atılır. Çünki sığorta üzrə təkmilləşdirməyə ehtiyac var. Bizim strategiyamızın bir neçə istiqaməti mövcuddur.

Bu istiqamətlər üçün aidiyyəti qurumlarla sıx əməkdaşlıq etməliyik. Bu əməkdaşlıqlar çox vacibdir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir