İqtisadiyyat

Taleh Kazımov bank rəhbərləri ilə görüşdü – FOTO

Sharing is caring!


Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən banklarla makroiqtisadi sabitliyin təmin edilməsi müzakirə olunub.

Bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Bank rəhbərləri ilə növbəti dəfə görüşdük və III rübün nəticələrini müzakirə etdik. Həmçinin son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsirini nəzərdən keçirdik, makroiqtisadi sabitliyinin təmin edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışdıq”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir