İqtisadiyyat

Son bir ayda Azərbaycanda bank müştərilərinin sayı 125 mindən çox artıb

Sharing is caring!


2023-cü il oktyabr ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı illik müqayisədə 6,4% və ya 857 min 323 nəfər artaraq 14 milyon 340,3 min nəfər olub.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bank müştərilərinin sayı cari ilin sentyabr ayının 1-i ilə müqayisədə 0,9% və ya 125 min 127 nəfər artıb.

Bu dövrdə bank müştəri hesablarının sayı isə illik müqayisədə 20,9% və ya 6 milyon 468,1 min ədəd artaraq 37 milyon 439,2 min ədəd təşkil edib.

Qeyd edək ki, bu dövrdə müştəri hesablarının 79,4%-ni cari hesablar (29 milyon 720,2 min), 19,8%-ni kredit hesabları (7 milyon 405,3 min), 0,8%-ni isə depozit hesabları (313,6 min) təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir