İqtisadiyyat

Gürcüstandan Azərbaycana avtomobil ixracı kəskin artıb – STATİSTİKA

Sharing is caring!


2023-cü ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycana 328,7 milyon ABŞ dolları dəyərində 18 299 ədəd avtomobil ixrac edib.

APA-nın Tbilisi müxbiri Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu il Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4 288 ədəd və ya 19% azalıb, lakin dəyəri 106,8 milyon dollar və ya 48,1% artıb.

Belə ki, 2022-ci ilin ilk 9 ayı ərzində Gürcüstan Azərbaycana 221,9 milyon dollar dəyərində 22 587 ədəd avtomobil ixrac edib.

Statistikaya əsasən, Gürcüstandan bu il Azərbaycana ixrac edilən hər bir avtomobil üçün çəkilən xərc orta hesabla 17,9 min dollar təşkil edib, ötən il isə bu rəqəm 9 825 dollar olub.

Ümumilikdə Gürcüstan bu ilin yanvar-sentyabr ayları ərzində 1 milyard 566 milyon dollar dəyərində avtomobil ixrac edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Hesabat dövründə avtomobil ixracı Gürcüstanın əsas ixrac istiqaməti olub və ümumi ixracının 34%-ni təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir