İqtisadiyyat

Deputat: “İslahatların daha da dərinləşəcəyi gözlənilir”

Sharing is caring!


“Azad edilən Qarabağ yenidən bərpa edilir və tezliklə Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomotivinə çevriləcək. Böyük sənaye, aqrar, xidmət, o cümlədən turizm potensialı olan Qarabağ ölkə iqtisadiyyatının inkişafına xüsusi töhfə verəcək”.

Bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

“İşğaldan azad olunan ərazilərimizin Azərbaycan iqtisadiyyatında əlavə olaraq 10 milyard manata yaxın yeni dəyər formalaşdıracağı gözlənilir.

“Azərbaycan yeni mərhələyə qədəm qoyur. Qarabağda bərpa və yenidənqurma ilə yanaşı islahatların daha da dərinləşəcəyi və dayanıqlı iqtisadi artımın güclənəcəyi gözlənilir. Bu ölkə tarixində yeni səhifənin açılması deməkdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir