İqtisadiyyat

Vüqar Bayramov: “Vəsaitlərin böyük qismi dövlət qurumları tərəfindən xərclənir”

Sharing is caring!


“Mühasibat uçotu aparan şirkətlər elektron mühasibatlığa hazır olmadan biz yeni qanun gətiririk”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

Millət vəkilinin fikrincə, burada bir neçə məqama diqqət olunmalıdır:

“İri sahibkarlıq subyektləri mühasibatlığı elektron aparacaq. Lakin bəlli deyil, burada elektron mühasibatlıq hansı anlama gəlir. Bu elektron mühasibatlığı subyektlər inteqrə olunmuş elektron formada, yoxsa kağız üzərində gördükləri prosesləri sadəcə öz kompüterlərində görəcəklər? Bu, aydın deyil”.

V.Bayramov qeyd edib ki, vəsaitlərin böyük qismi dövlət qurumları tərəfindən xərclənir:

“Nəticədə biz iri sahibkarlara mühasibatlığın elektron aparılmasını məcburi edirik, amma dövlət qurumlarını etmirik. Halbuki dövlət qurumlarının xərcləri daha çoxdur. Biz bu məsələdə dövlət qurumlarına güzəşt təklif edirik, onların kağızla işləməyini qanunda saxlayırıq. Etiraf edək ki, Azərbaycanda iri sahibkarlıq subyektlərinin maliyyəsi dövlət qurumları ilə müqayisədə elə də böyük deyil. Əgər dövlət qurumları buna hazır deyilsə, niyə iri sahibkarlığın hazır olduğunu düşünməliyik? Bu, nə qədər doğrudur?”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir