İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi daxilolmalarının həcmi 22,6 faiz artıb” – FOTO

Sharing is caring!


“2023-cü ilin yanvar-sentyabr aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artaraq 12 milyard 810,7 milyon manat təşkil edib”

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” hesabında yazıb.

O bildirib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 19,3% artaraq 7 milyard 425,8 milyon manat olub. Vergi daxilolmalarında müsbət dinamikanı saxlamaq üçün biznes mühitinin şəffaflaşması və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində fəaliyyətimiz davamlı olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir