İqtisadiyyat

Azərbaycan MDB vergi xidməti rəhbərlərinin iclasında təmsil olunub

Sharing is caring!


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev MDB vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, “Vergi inzibatçılığının effektivliyinin inkişafı üçün texnoloji (rəqəmsal) həllərdən, o cümlədən iri həcmli məlumat bazalarının təhlili üsulundan istifadə” və “İnsan resursları potensialının artırılması” mövzularına həsr olunmuş tədbirdə MDB ölkələrində aparılan vergi islahatları, vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində böyük həcmdə məlumatların təhlili üçün texnoloji (rəqəmsal) həllər və metodlardan istifadə, innovativ mexanizmlərin yaratdığı imkanlar, insan resurslarının təkmilləşdirilməsi sahəsində həyata keçirilən işlər, həmçinin vergi orqanlarının 2022-ci il üzrə əsas fəaliyyət göstəriciləri, qanunvericilikdə dəyişikliklər, işçi qrupların fəaliyyəti və digər məsələlər müzakirə edilib.

Tədbirdə çıxış edən İ.Vəliyev Qazaxıstanın Maliyyə Nazirliyi yanında Dövlət Gəlirləri Komitəsinin rəhbəri Jandos Duysembiyevi yeni vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona peşəkar fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Azərbaycan nümayəndə heyətinin təqdimatı dinlənilib. İclas iştirakçılarına vergi inzibatçılığının effektivliyinin inkişafı istiqamətində tətbiq olunan müvafiq texnoloji (rəqəmsal) həllər, görülmüş işlər və əldə edilmiş nailiyyətlər, eləcə də Dövlət Vergi Xidmətinin insan resursları potensialının artırılması istiqamətində təcrübəsi barədə məlumat verilib. Azərbaycanın qarşıdakı dövr üçün sosial-iqtisadi inkişaf hədəflərində insan kapitalının inkişafı və rəqabətqabiliyyətli insan resurslarının yaradılmasının əsas prinsiplərdən olduğu, Dövlət Vergi Xidmətinin kadrların inkişafına yönələn müxtəlif layihələr həyata keçirdiyi, müasir təlim metodlarından faydalandığı bildirilib. Qeyd olunub ki, vergi sisteminin təkmilləşdirilməsi sahəsində mütərəqqi yanaşmalar daim diqqətdə saxlanılır.

İclas zamanı, həmçinin, Koordinasiya Şurasının 2022-2023-cü illər üçün İş Planının nəticələri və 2023-2024-cü illər üçün İş Planı, növbəti iclasın əsas mövzusu və gündəliyinə daxil edilmiş məsələlər müzakirə olunub. Sonda Koordinasiya Şurasının 31-ci illik iclasının 2024-cü ilin ikinci yarısında Qırğızıstanda keçirilməsi qərara alınıb. Növbəti iclasın mövzusu “Ödənişin şəffaflığı və onun geri qaytarılmasının asanlığı üçün ƏDV inzibatçılığında rəqəmsal həllər” olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir