İqtisadiyyat

Rövşən Nəcəf: “Xoşbəxt Yusifzadənin vətəni üçün gördüyü işlər əvəzsizdir”

Sharing is caring!


“Xoşbəxt Yusifzadənin vətəni üçün gördüyü işlər əvəzsizdir”. 

Oxu.Az xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimində SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışı zamanı deyib. 

R.Nəcəf bildirib ki, o, hamımızın müəllimi idi: 

“Xoşbəxt Yusifzadənin təkcə Azərbaycanda yox, keçmiş SSRİ-də istənilən geoloji tapıntının altında imzası var. O, dərin savada malik insan idi. Onun üçün cavabı olmayan sual yox idi. Azərbaycanın bugünkü iqtisadi dirçəlişinin əsasında duran ulu öndərin neft strategiyasının formalaşmasında Xoşbəxt Yusifzadənin də rolu var idi. Onun vətəni üçün gördüyü işlər əvəzsizdir. Hamımızın başı sağ olsun”. 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir