İqtisadiyyat

Yusif Abdullayev: “IV sənaye inqilabı texnologiyaları ilə bazar məlumatlarını tez əldə etmək olur”

Sharing is caring!


İnvestisiyaların cəlb edilməsi prosesində IV sənaye inqilabı texnologiyalarının tətbiq edilməsi ilə effektivliyin artırılması və investorlara qabaqcıl xidmətlərin təqdim edilməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıda keçirilən “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbirdə bildirib.

“İnvestorların hədəf ölkəsi ilə süni intellekt texnologiyaları vasitəsilə əlaqələrinin optimallaşdırılması əsas çağırışlardan biridir. Bu cür yeni texnologiyalar bazar məlumatlarının daha tez əldə edilməsinə töhfə verir. Bir vaxtlar çətin görünən requlyativ proseslər gələcəkdə süni intellekt texnologiyaları vasitəsilə problemsiz şəkildə idarə edilə bilər. “Süni intellektlə texnologiyaları vasitəsilə idarə edilən platformalar beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın qurulmasına yardım edir, səmərəli əməkdaşlığa töhfə verə bilir, yerli tərəfdaşlığı müəyyən edə bilir”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir