İqtisadiyyat

Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə məcburi qiymətləndiriləcək

Sharing is caring!


Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə əmlakın məcburi qiymətləndirilməsi həyata keçiriləcək.

APA-nın xəbərinə görə, bu, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.

Layihəyə əsasən, məcburi qiymətləndirmə halları müəyyənləşir.

Belə ki, dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda əmlakın məcburi qiymətləndirilməsi həyata keçiriləcək.

Məcburi qiymətləndirmə 2027-ci il iyulun 1-dən 3 (üç) ildən az olmayan müddətdə Qiymətləndiricilər Palatasının üzvü olan və ya Qiymətləndiricilər Palatasında akkreditasiyadan keçən qiymətləndirici tərəfindən aparıla biləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir