İqtisadiyyat

Azərbaycanda gələn il icmal büdcə 42 milyard manata yaxın olacaq

Sharing is caring!


2024-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 38 578,1 milyon manat, xərclərinin isə 41 956,8 milyon manat olacağı gözlənilir.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 10,4% az və 10,7% çoxdur.

Son nəticədə icmal büdcədə 3 378,7 milyon manat kəsir yaranmalıdır. Xatırladaq ki, builki proqnoz 1 790,3 milyon manatdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir