İqtisadiyyat

Azərbaycana pul köçürmələrində ciddi azalma: “Mənfi nəticələri olacaq” – FOTO

Sharing is caring!


“Azərbaycana xarici ölkələrdən pul köçürmələrində ciddi azalma müşahidə edilir. Rusiyadakı iqtisadi böhran ölkəmizə pul köçürmələrinin azalmasının başlıca səbəbidir. Nə qədər ki Rusiya-Ukrayna müharibəsi davam edir, Moskva sanksiyalara məruz qalır və rus rublu ucuzlaşır, sözügedən ölkədən Azərbaycana pul axını azalacaq”.

Bunu Bakupost.az-a iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O qeyd edib ki, Azərbaycana ən çox pul köçürmələri Rusiyadan olur:

“Çünki Azərbaycan vətəndaşlarından ibarət işçi axını əsasən Rusiya istiqamətində olub. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra sanksiyalar tətbiq olundu. Ona görə də Rusiyadan Azərbaycana köçürülən vəsaitin həcminin azalacağı məlum idi. Proses uzun müddət davam edəcək. Bunun ölkə iqtisadiyyatına təsiri, əlbəttə, olacaq. Bu məsələ ölkə iqtisadiyyatının inkişafı, daxili ticarətin böyüyüb genişlənməsi və ölkə əhalisinin yaşayış səviyyəsi üçün bir sıra mənfi nəticələr doğura bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir