İqtisadiyyat

Mərkəzi Bank: “Azərbaycanın cari əməliyyatlar hesabının profisiti beş milyard dollardan çox olub”

Sharing is caring!


“2023-ci ilin ikinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 5,2 milyard dollar təşkil edib”.

APA xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2 dəfə azdır.

Qeyd edək ki, 2022-ci ilin ikinci rübündə CƏH-in profisiti 10,33 milyard dollar təşkil edib.

“Cari əməliyyatlar hesabının ÜDM-də payı 14,5% təşkil edib”, – Samir Nəsirov əlavə edib.

S.Nəsirov onu da deyib ki, neft-qaz qiymətlərində azalma, eyni zamanda idxalın artması və pul baratlatında azalma CƏH-in azalmasına təsir edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir