İqtisadiyyat

Neft Fondunun AÇG-dən gəlirləri açıqlanıb

Sharing is caring!


Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 4 milyard 728 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə Azərbaycan Dövlət Neft Fondu məlumat yayıb.

Bildirilib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 901 milyon ABŞ dolları və yaxud 28,7% azdır.

Xatırladaq ki, ötən ilin 8 ayında Neft Fondu AÇG-dən 6 milyard 629 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37%), SOCAR (25%), “MOL Group” (9,57%) INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%) pay sahibidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir