İqtisadiyyat

SOCAR “Microsoft” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb – FOTO

Sharing is caring!


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, memorandum rəqəmsallaşma, innovasiya, informasiya texnologiyaları sahəsində infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının inkişafı, habelə kəşfiyyat, hasilat, emal, marketinq, nəqliyyat, kibertəhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur.

SOCAR-ın bilavasitə təşəbbüsü və aparılan uğurlu danışıqların nəticəsində dünyanın qlobal texnologiya şirkəti olan “Microsoft” ilə əməkdaşlıq sənədinin imzalanması SOCAR-la yanaşı, ümumilikdə ölkə üzrə innovativ mükəmməlik mərkəzinin yaradılmasına əlverişli zəmin olacaq. Beləliklə, “Microsoft” bundan sonra Azərbaycandakı fəaliyyətini daha da genişləndirəcək.

Qeyd edək ki, “SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası”nda enerji təhlükəsizliyi, rəqəmsallaşma, biznes dayanıqlılığı, səmərəlilik və optimallaşdırma, enerji keçidi kimi beş təməl element üzrə şirkətin hədəfləri və onlara çatma yolları müəyyən edilib.

Bu xüsusda, “Microsoft” şirkəti ilə imzalanan memorandum şirkətin uzunmüddətli strategiyasının tərkib hissəsidir və SOCAR-ın müəssisələrində təmiz, rəqəmsal və innovativ texnologiyaların tətbiqi ilə əməliyyat modelinin müasirləşdirilməsinə, texniki və texnoloji əməliyyatların daha səmərəli həyata keçirilməsinə, biznes dayanıqlılığın gücləndirilməsinə və yüksəkixtisaslı kadr potensialının inkişafına dəyərli töhfə verəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir