İqtisadiyyat

SOCAR istiqrazları qazandırmağa davam edir

Sharing is caring!


“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti beş il, illik gəlirliliyi 4,5% olan və faiz gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının növbəti kupon ödənişi 1 avqust tarixində baş tutub.

Şirkətdən bildiriblər ki, Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağıza çevrilən SOCAR İstiqrazları yeddinci kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 125 min ABŞ dolları məbləğində gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 7 milyon 875 min ABŞ dollarına yüksəlib (beş ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcək.)

“21 aylıq müddət ərzində təkrar bazar əməliyyatları həcminin 35 milyon ABŞ dollarını üstələməsi və bağlanmış əqd sayının 520-ni ötməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricisidir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycandakı lisenziyalı bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR istqirazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1 000 ABŞ dolları) aşağı düşməyib.

SOCAR istiqrazlarının növbəti kupon ödənişi 1 noyabr 2023-cü il tarixində baş tutacaq.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socarcapital.az, socaristiqraz.az veb-saytlarına müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, SOCAR istiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1-5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər”, – deyə məlumatda qeyd olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir