İqtisadiyyat

SOCAR Macarıstanın “MOL Group” şirkəti ilə potensial əməkdaşlığı müzakirə edib – FOTO

Sharing is caring!


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Macarıstanın “MOL Group” şirkəti ilə mövcud və potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib.

SOCAR-dan verilən məlumata görə, müzakirələr bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəfin Macarıstanın “MOL Group” şirkətinin strateji əməliyyatlar və korporativ inkişaf üzrə icraçı vitse-prezidenti, İdarə Heyətinin üzvü György Bacsa ilə görüşü zamanı baş tutub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.

Bu xüsusda “MOL Group” şirkəti ilə uzunmüddətli əməkdaşlıqdan, səmərəli tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, “MOL Group” şirkətinin “Azəri-Çıraq-Dərinsulu Günəşli” və Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihələrində uğurla iştirak etdiyi, Azərbaycan neft-qaz sənayesinin inkişafına dəyərli töhfə verdiyi bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir