İqtisadiyyat

İnflyasiya və qiymət monitorinqi üzrə İşçi qrupun ilk iclası keçirilib – FOTO

Sharing is caring!


İnflyasiya və qiymət monitorinqi üzrə İşçi qrupun ilk iclası keçirilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunub ki, bu gün NK Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə İşçi qrupun ilk iclası keçirilib.

İclasda istehlak səbətinə daxil olan məhsul və xidmət növü üzrə qiymətlərin, o cümlədən kənd təsərrüfatı və sənaye məhsullarının istehsalçı qiymət indekslərində dəyişmələrin daha dərindən araşdırılması, ticarət tərəfdaşlarında inflyasiya, eləcə də idxal inflyasiyası ilə bağlı olaraq idxal olunan məhsulların qiymət indeksləri və daxili bazarda qiymətlərə təsiri, inflyasiyanın artırıcı və azaldıcı faktorları və həyata keçirilən antiinflyasiya tədbirləri, habelə sağlam rəqabətin qorunması, daxili bazarda qiymətlərlə manipulyasiyaya yol verilməməsi və antiinhisar tədbirlərinin gücləndirilməsi məsələləri geniş müzakirə olunub.

İclasın yekununda müzakirə olunan məsələlər barədə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.

Qeyd edək ki, iyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş, 6 ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə verilmiş tapşırığa əsasən Nazirlər Kabinetinin iyulun 15-də imzalanmış Sərəncamı ilə İşçi qrupu yaradılıb.

İşçi qrupunun üzərinə qoyulmuş vəzifələr ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir