İqtisadiyyat

Agentlik sədri: “Hava şəraitinin dəyişkən keçməsi turizm imkanlarına çətinlik yaradır”

Sharing is caring!


“Hava şəraitinin dəyişkən keçməsi turizm imkanlarına çətinlik yaradır”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, yay mövsümü başlayandan hava şəraitinin qeyri-sabit keçməsi obyekt sahiblərinə ciddi ziyan vurur:

“Nəzərə almaq lazımdır ki, çimərlik mövsümü iyunun 15-dən sentyabra kimi davam edir. Bu il də yağışlı, küləkli günlərin sayının çox olması səbəbindən vətəndaşlar istirahətlərini planlaya bilmirlər”.

O qeyd edib ki, sel və daşqınların olması nəticəsində turizmə dəyən ziyan hələ hesablanmayıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir