İqtisadiyyat

Ankarada şirkətlərə Ələt Azad İqtisadi Zonası barədə məlumat veriləcək

Sharing is caring!


İyunun 7-də Ankara Sənaye Palatasında Ələt Azad İqtisadi Zonasının təqdimatı ilə bağlı tədbir keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Palatalar və Birjalar Birliyinin baş katibinin köməkçisi Əli Əmrə Yurdakulun şirkətlərə ünvanlandığı məktubda bildirilib.

Məktubda Ələt Azad İqtisadi Zonası ilə də bağlı qısa məlumat verilib.

Qeyd edilib ki, Ələt qəsəbəsində yerləşən bu ərazi yüksək əlavə dəyər yaradan ixracyönümlü istehsal müəssisələrinin fəaliyyəti üçün nəzərdə tutulub. 858 hektar ərazisi olan Ələt Azad İqtisadi Zonası Azərbaycan Respublikası Prezidentinin 22 may 2020-ci il fərmanı ilə yaradılmışdır. Strateji yerdə olan İqtisadi Zona Azərbaycanın qeyri-neft sektoruna yerli və xarici şirkətləri cəlb etməyi hədəfləyib. Həmçinin burada fəaliyyət göstərəcək şirkətlər bir sıra güzəştlərdən də istifadə edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir