İqtisadiyyat

Orxan Nəzərli: “Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması vergi daxilolmalarının artmasına səbəb olub”

Sharing is caring!


“Bu ilin aprel ayına aktiv vergi ödəyicilərinin sayı 724 mindən çox olub. İqtisadi aktivlik, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində aparılan işlər bir çox sahədə fəaliyyətin leqallaşmasına, aktiv ödəyici kateqoriyasının artmasına imkan verib”.

Bu fikirlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Orxan Nəzərlinin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində bildirilir.

DVX rəisi ƏDV ödəyicilərinin sayında müşahidə olunan artımın fiskal baxımdan xüsusilə aktual olduğunu qeyd edib.

“2022-ci ildə aktiv vergi ödəyicilərinin sayı 7, aktiv ƏDV ödəyicilərinin sayı 15,1, aktiv obyektlərin sayı isə 3,2 faiz artıb. 2023-cü ilin 1-ci rübündə isə bu göstəricilərdə artım müvafiq olaraq 1,7, 3,9 və 1,2 faizdir. Bu ilin aprel ayına aktiv vergi ödəyicilərinin sayı 724 mindən çox olub”, – O. Nəzərli bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir