Dünya

Rusiya və Britaniya Qara dənizdəki insidenti müzakirə ediblər

Sharing is caring!

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə sentyabrın 29-da Qara dənizdə baş verən insidentlə bağlı müzakirə aparıb.

Rəsmi Londondan bildirilib ki, Rusiyanın “Su-27” qırıcılarından biri beynəlxalq hava məkanında uçan Britaniyanın kəşfiyyat təyyarəsi “RC-135 Rivet Joint”ə raket atıb.

Hadisənin silahsız “RC-135 River Joint” kəşfiyyat təyyarəsinin Qara dəniz üzərində gündəlik patrul həyata keçirdiyi vaxt baş verdiyi vurğulanır.

Britaniyalı diplomatın sözlərinə görə, Rusiya rəsmilərinin apardığı araşdırma raketin “Su-27” tərəfindən səhvən buraxıldığını göstərib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir