İqtisadiyyat

Mövlud Çavuşoğlu: “Azərbaycan qiymətlərlə bağlı çox ciddi güzəştlər etdi”

Sharing is caring!


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yüklərin daşınmasında Azərbaycanın rolundan danışıb.

Bu barədə o, qonaq olduğu “Lider Haber” telekanalına açıqlamasında bildirib:

“İranla əlaqələrimiz ortadadır. İranı qardaş kimi görürük. Bizim TIR sürücülərimiz isə Azərbaycandan keçərək getməyə üstünlük verirlər. Çünki İranla gediş-gəlişdə problemlər həll olunmamış qalır. Biz İran XİN rəhbəri ilə son görüşdə də bu məsələni müzakirə etdik. Məhsulun məhv olduğu zamanlar oldu.

Amma Azərbaycan qiymətlərlə bağlı çox ciddi güzəştlər etdi, həmçinin çox sürətli şəkildə, pandemiya zamanında da Azərbaycanın çox böyük köməyini gördük”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir