İqtisadiyyat

“Araz Vadisi İqtisadi Zonası”nda daha bir şirkətə rezident statusu verilib – FOTO

Sharing is caring!


“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-yə rezident statusu verilib”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” profilində yazıb.

“Şirkət investisiya həcmi 7,3 milyon manatdan çox olan minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı müəssisəsi yaradacaq, 124 nəfəri işlə təmin edəcək. Bu müəssisənin yaradılması işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə əhəmiyyətli töhfə verəcək və bununla da Böyük Qayıdışı sürətləndirəcək”, – deyə nazir qeyd edib.

Bundan öncə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Holcim” (Azərbaycan) ASC-yə rezidentlik statusu verilmişdi.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir