İqtisadiyyat

ABŞ-nin Milli Bərpa Olunan Enerji Laboratoriyası Azərbaycanla bağlı araşdırmalar aparmağa hazırdır

Sharing is caring!


Təmiz enerji, bərpa olunan enerji sistemləri üzrə prioritetlər elm və dövlət siyasətinin kəsişməsi kimi təqdim oluna bilər.

ABŞ-nin Milli Bərpa Olunan Enerji Laboratoriyası (NREL) həmin məqsədləri araşdırır.

Yaşıl enerjiyə keçid artıq iqtisadi deyil, strateji məsələ kimi böyük dövlətlərin qarşısında duran çağırışdır.

ABŞ də bu istiqamətdə çalışır və məqsədlərini müəyyən edən institut kimi NREL-in araşdırmalarından yararlanır. Necə deyərlər, gələcək yaşıl enerji üzərində qurulacaq.

NREL-in icraçı direktoru Duqlas Arent bərpa olunan enerji və onun səmərəliliyi texnologiyalarını araşdırır.

O, NREL üzrə dövlət və özəl tərəfdaşlıqlara diqqət yetirir. Cənab Arent 30 ildən artıqdır ki, enerji və davamlılıq üzrə genişmiqyaslı tədqiqatlar aparır.

ABŞ-nin Azərbaycandakı səfirliyi “Yaşıl enerjiyə keçid” mövzusunda dəyirmi masa təşkil edərək qonaq qismində Duqlas Arenti dəvət edib. Arent onlayn şəkildə dəyirmi masaya qoşularaq məruzəçi qismində çıxış edib.

Arent alternativ enerjilər üzrə yüksək nəticələrin əldə edilməsi üçün dekarbonizasiyanın vacib olduğunu diqqətə çatdırıb. Onun sözlərinə əsasən, sıfır tullantı burada yekun istiqamət kimi ortaya qoyulur.

Duqlas Arent 2050-ci il üçün qlobal enerji sektorunda xalis sıfır tullantılara çatmaq planları çərçivəsində qoyulan hədəflərdən danışıb.

“Biz 2050-ci ilə qədər 100% bərpa olunan enerji məqsədinə çatmaq üçün mümkün yolların hərtərəfli təhlilini aparırıq”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, son onilliklər ərzində qlobal enerji sektorunda bərpa olunan enerji mənbələrindən istifadənin artması ilə elektrik enerjisi istehsalında müsbət tendensiya yaranıb.

Arent Azərbaycanın yaşıl enerjiyə keçidini, onun ixrac potensialını yüksək qiymətləndirdiyini bildirib.

Arent deyib ki, zərurət yaranarsa, NREL Cənubi Qafqaz regionu, xüsusən də Azərbaycanla bağlı araşdırmalar aparmağa hazırdır.

Qeyd edək ki, 2023-cü ilin aprelin 2-4-ü tarixlərində Bakıda ABŞ-Azərbaycan Yaşıl Enerji Forumu keçirilib.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir