İqtisadiyyat

Prezident TDƏŞ-lə bağlı iki sənədi təsdiqlədi

Sharing is caring!


Prezident İlham Əliyev “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb. 

Qeyd edək ki, sənəd 2022-ci il noyabrın 10-da Səmərqənd şəhərində imzalanıb.

Bundan başqa, dövlət başçısı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu da təsdiqləyib

Bu sənəd 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir