İqtisadiyyat

Taleh Ziyadov Bakı limanında yeni terminalın işə salınacağı vaxtı açıqladı

Sharing is caring!


“Bakı Limanının mineral gübrə terminalının iyun-iyul aylarında işə salınacağı planlaşdırılır”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, terminalın tikintisi mayın sonuna qədər bitməlidir:

“Gübrə terminalı əhəmiyyətlidir. O, Mərkəzi Asiyadan Qərbə böyük həcmdə mineral gübrələr aşırır. Terminalın gücü illik 1-1,5 milyon tondur. Mineral gübrələrin aşırılmasında limanın ümumi potensialı isə ildə 2,5 milyon ton olacaq”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir