İqtisadiyyat

Qarabağda 2030-cu ilə qədər 150 minə yaxın iş yerinin açılması proqnozlaşdırılır

Sharing is caring!


“Qarabağ iqtisadi rayonunda 2030-cu ilə qədər təxmini 150 000-ə yaxın iş yerinin açılması proqnozlaşdırılır”.

APA-nın Şirvan bürosu xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda işğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi ilə bağlı elmi-praktik konfransda çıxışında deyib.

Onun sözlərinə görə, iş yerlərinin əsasən sənaye parkları, kənd təsərrüfatı, mədən çıxarma, turizm sektoru və s. üzrə təşkil olunması nəzərdə tutulur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir