İqtisadiyyat

Azərbaycanda nəhəng körpünün tikintisi planlaşdırılır – FOTO

Sharing is caring!


“Azərbaycanda nəhəng körpünün tikintisi planlaşdırılır”.

APA xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi”nə dair hesabat tədbirində “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, yolun genişləndirilməsində nəzərdə tutulan ərazi sürüşmə zonası olduğundan həmin ərazidə böyük körpünün inşası planlaşdırılıb.

Körpünün uzunluğu 1180, hündürlüyü isə 83 metr olacaq. Körpü Azərbaycanda ən böyük yol ötürücüsü olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir