İqtisadiyyat

Rəşad Nəbiyev: “Azərbaycan ərazisindən keçən yüklər artıb”

Sharing is caring!

“Ötən il Azərbaycan ərazisindən keçən yüklər artıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın nəqliyyat yollarının inkişaf etməsi əsas prioritetlərdəndir:

“Şərqlə Qərb, Şimalla Cənub arasında müxtəlif enerji kanalları var. Keçən il Azərbaycan ərazisindən keçən yüklər artıb. Biz Gürcüstan və Qazaxıstanla birgə işləyirik. Hər kəsi əmin etmək istəyirik ki, artan tələbat düzgün şəkildə qarşılanacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir