İqtisadiyyat

“Turan Bank” biznesmen müştərilərini – İTİRİB

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, “Turan Bank” biznesmen müştərilərini itirib. Bankın son hesabatına görə, banka əmanət yerləşdirən fiziki şəxslərin depozitləri 1 il ərzində 70 milyon 273 min manat və ya 27.3% artaraq 327 milyon 904 min manata yüksəlib. Amma hüquqi şəxslərin bankdakı əmanəti 58 milyon 451 min manat və ya 36.6% azalaraq 101 milyon 370 min manata enib. Beləliklə, bank biznesmen müştərilərini əlində tuta bilməyib.TuranBank2022 (IV Rüb)2021 (IV Rüb)FərqDepozit429.274417.45211.822Fiziki şəxslərin depozitləri327.904257.63170.273Hüquqi şəxslərin depozitləri101.370159.821-58.451“Turan Bank”ın Azərbaycan Mərkəzi Bankına (qısaca – AMB) olan borcu da 1 il ərzində 6 milyon 494 min manat artaraq 113 milyon 747 min manata yüksəlib. Bu da “Turan Bankı” AMB-yə borcunu artıran 4 bankdan biri edib.

Mənbə: Kommersant.az

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir