İqtisadiyyat

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 61%-dən çox artıb

Sharing is caring!

Bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala 1 milyard 091,7 milyon manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2% çox vəsait yönəldilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8% azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb. İstifadə olunmuş vəsaitin 506,2 milyon manatı və ya 46,4%-i məhsul istehsalı sahələrinə, 529 milyon manatı (48,4%-i) xidmət sahələrinə, 56,5 milyon manatı (5,2%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 812,1 milyon manatını və ya 74,4%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 844,2 milyon manatı və ya 77,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 41,2%, büdcə vəsaitləri 47,7%, əhalinin şəxsi vəsaitləri 6%, bank kreditləri 2,9%, sair vəsaitlər isə 2,2% təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir