İqtisadiyyat

Kaplun: “Azərbaycan kənd təsərrüfatının və təhsilin inkişafına böyük vəsait ayırır”

Sharing is caring!

“Azərbaycan rəhbərliyi kənd təsərrüfatının və təhsilin inkişafına xüsusi diqqət yetirir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun deyib.

“Biz ticarət palatası olaraq iki sektora – kənd təsərrüfatı və təhsilə diqqət yetirmək qərarına gəldik. Azərbaycan rəhbərliyinin bu sahələrin inkişafına böyük diqqət yetirdiyini görürük”, – deyə o vurğulayıb.

A.Kaplun əlavə edib ki, Azərbaycan hökuməti bu sahələrə böyük vəsait ayırır.

Onun sözlərinə görə, bu gün “Kənd təsərrüfatı və təhsil” mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumu iki ölkənin sahibkarları arasında əməkdaşlığı gücləndirəcək:

“Tədbirin keçirilməsi ideyası İsraildən Bakıya mümkün qədər çox məhsul və metodologiya gətirmək və son nəticədə təbii ki, iki ölkə arasında biznesi inkişaf etdirmək idi, çünki məhz bu amil münasibətlərin möhkəmlənməsinə təsir edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir