İqtisadiyyat

Sumqayıt Kimya Sənaye parkında dörd müəssisə işə başlayacaq

Sharing is caring!

2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında dörd müəssisənin istehsal fəaliyyətinə başlaması planlaşdırılır.

Bu barədə bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunlar “Azərbaycan Vanhong Ceramics Co” MMC-nin (Çin kapitallı şirkət) keramik plitələr istehsalı müəssisəsi, “AK Pack” MMC-nin yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsi, “Novus Plastica” MMC-nin polimer məhsullar emalı müəssisəsi və “UPI – Universal Packing İndustry” QSC-nin qablaşdırma məhsulları istehsalı müəssisələridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir