İqtisadiyyat

2023-cü ildə Azərbaycanın ÜDM artımı təxminən üç faiz təşkil edəcək

Sharing is caring!

2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 2,8% səviyyəsində proqnozlaşdırılır ki, bu da əvvəllər gözləniləndən 0,6% çoxdur.

Bu barədə Dünya Bankının (DB) qlobal iqtisadi perspektivlərə dair yeni qlobal hesabatında məlumat verilib.

Bank analitikləri hesab edirlər ki, 2024-cü ildə Azərbaycanın ümumi daxili məhsulu 2,6% artacaq. Bu da əvvəllər proqnozlaşdırılandan çoxdur – əvvəlki hesabatla müqayisədə 0,3% çoxdur.

Bununla yanaşı, 2022-ci il üçün Azərbaycanın ÜDM-in artımını bank 4,2% səviyyəsində qiymətləndirir. Ötən il Azərbaycan iqtisadiyyatı 5,6% artıb.

“Proqnozlaşdırılan ləngimə Ermənistan və Azərbaycan sərhədində davam edən gərginliklə, eləcə də Cənubi Qafqazın ən yaxın iqtisadi tərəfdaşlarından biri olan Rusiyada hasilatın azalması bağlıdır”, – DB qeyd edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir