İqtisadiyyat

Mikayıl Cabbarov: “Biz iqtisadi inkişafı digər sahələrlə, elmlə uzlaşdırmalıyıq”

Sharing is caring!

“İnnovasiya sahəsində irəliləyişlərə nail olmaq üçün qarşıda yaxşı şanslar var. Biz iqtisadi inkişafı digər sahələrlə, elmlə uzlaşdırmalıyıq”.

Oxu.Az xəbər verir ki, bu sözləri “İnnovasiyalar sammiti”ndə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, biz burada həm də mədəniyyəti təsdiq etməliyik:

“Biz bu cür konfrans ətrafında cəmləşməliyik. Bu istiqamətdə bütün qurumlarla çalışmaq lazımdır. Biz artıq innovasiyalar agentliyi ilə bir neçə əsaslı addımlar atmışıq. 3 il bundan öncə sənaye inqilabı üzrə dünya iqtisadi forumunda təltif əldə etmişik. Qeyd edim ki, bu cür sektora belə mükafatların alınması nadir haldır. 2022-ci ildə bizim mükafatlandırılmağımız böyük diqqət qazandı, çünki bu təltif neft sahəsi ilə bağlı idi.

Son olaraq onu qeyd edim ki, bu gün sammitdə bizim xeyli müzakirə mövzumuz olacaq. Biz innovasiya ilə bağlı mühüm layihələr irəli sürəcəyik. Özəl və dövlət sektoru arasında mühüm danışıqlar aparacağıq, təkliflər verəcəyik”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir