İqtisadiyyat

Alternativ enerji mənbələri üçün verilən torpaqların icarə haqqı sıfırlandı

Sharing is caring!

Alternativ enerji mənbələri üçün tikintiyə və istismara verilən torpaqların icarə haqqı sıfırlanıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərar enerji mənbələri (külək və günəş) üzrə qoyuluş gücü 100 MVt və daha çox olan elektrik stansiyalarının tikintisi və istismarı ilə əlaqədar investorların icarəsinə verilən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının sıfır əmsalı tətbiq edilməklə hesablanması məqsədilə qəbul edilib.

Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir