İqtisadiyyat

İstanbulda COMCEC-in 38-ci iclası keçirilir – FOTO

Sharing is caring!

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 38-ci iclası keçirilir.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

“COVID-19 pandemiyası ilə bağlı effektiv sosial yardımın təminatı və sosial-iqtisadi gücləndirmə” mövzusunda təşkil olunan tədbirdə İƏT-ə üzv ölkələrdə COMCEC Strategiyasının icrası, ticarət, kənd təsərrüfatı, nəqliyyat və kommunikasiya, maliyyə, rəqəmsal transformasiya, yoxsulluğun aradan qaldırılması, özəl sektorun inkişafı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunur.

İƏT-ə üzv ölkələrin dövlət qurumlarının, təşkilatın ixtisaslaşmış institutlarının və müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir