İqtisadiyyat

Dünya Bankı Azərbaycanda “yaşıl inkişaf”ın qiymətləndirilməsini aparır

Sharing is caring!

“Dünya Bankı Azərbaycanda “yaşıl inkişaf”ın qiymətləndirilməsini aparır”.

“Report” xəbər verir ki, bunu Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda yaşıl transformasiya” konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu hesabat ölkənin “yaşıl inkişafı”nın bütün əsas aspektlərini, o cümlədən “mavi iqtisadiyyat”ı əhatə edir.

Bundan əlavə, Dünya Bankı ölkənin aşağı karbonlu iqtisadiyyata keçidi ilə bağlı hesabat hazırlayacaq.

“Azərbaycan son 30 ildə çox böyük iqtisadi uğurlar qazanıb, o cümlədən Dünya Bankının donoruna çevrilib. Azərbaycan “yaşıl transformasiya” üzrə qlobal lider olmaq potensialına malikdir”, – S.Maykl bildirib.

Onun sözlərinə görə, Azərbaycanın beş strateji prioriteti çox mühüm məsələlərə, o cümlədən “yaşıl keçid”ə yönəlib ki, bu da ölkə iqtisadiyyatına çox müsbət təsir göstərəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir