İqtisadiyyat

Hesablama Palatası dövlət büdcəsinə rəy verdi – FOTO

Sharing is caring!

Oktyabr ayının 28-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib.

Hesablama Palatasından verilən məlumata görə, kollegiyanın gündəliyinə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi”nin, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi”nin və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi”nin layihələrinin rəylərinə baxılıb, ətraflı müzakirə edildikdən sonra təsdiq edilib və müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinə göndərilib.

Daha sonra Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir